Azərbaycanda palladiumun qiyməti birillik maksimuma çatıb

Azərbaycanda palladiumun qiyməti birillik maksimuma çatıb
  • Clock-gray 17:51
  • calendar-gray 17 Mart 2021

Bu gün Azərbaycanda palladiumum qiyməti 4,4% artaraq bir unsiyaya görə 4 238,525 manat təşkil edib. Bu, son bir ildə qeydə alınmış ən yüksək göstəricidir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə palladiumun bundan yüksək dəyəri 2020-ci ilin 10 mart tarixində qeydə alınıb – 4 282,912 manat. Sözügedən qiymətli metalın bu il ən aşağı qiyməti fevralın 3-də olub – 3 826,5215 manat. Həmin tarixindən bəri palladiumun dəyəri 10,8% artıb.

Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, palladiumum spot qiyməti 2 486,89 ABŞ dollarına (4 227,71 manat) bərabərdir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər