Azərbaycanda problemli kreditlərin həcmi ilin əvvəlindən 3%-dək artıb

Azərbaycanda problemli kreditlərin həcmi ilin əvvəlindən 3%-dək artıb
# 21 aprel 2021 16:58 (UTC +04:00)

Bu ilin aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 918,2 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 0,1% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 33,8% artıb. İlin əvvəli ilə müqayisədə isə 2,8% artıb.

Qeyd edək ki, martın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6,2% təşkil edib. Bu ötən ayla müqayisədə 0,1 faiz bəndi, illik isə 2,3 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR