Azərbaycanda problemli kreditlərin payı altıillik minimuma enib

Azərbaycanda problemli kreditlərin payı altıillik minimuma enib
# 28 yanvar 2021 15:18 (UTC +04:00)

2021-ci ilin yanvar ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 893,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 29,8% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvarın 1-nə ölkədə problemli kreditlərin ümumi kredit portfelindəki payı 6,15% təşkil edib. Bu, 2015-ci ilin aprel ayından bəri (6,10%) ən aşağı göstəricidir. Bu müddət ərzində problemli kreditlərin payının maksimumu 2017-ci ilin noyabr ayında qeydə alınıb (ümumi portfelin 15,46%-i).

Qeyd edək ki, problemli kreditlərin 26,8%-i xarici valyutadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR