Azərbaycanda pul kütləsi ilin əvvəlindən 10%-ə yaxın artıb

Azərbaycanda pul kütləsi ilin əvvəlindən 10%-ə yaxın artıb
# 29 noyabr 2019 18:02 (UTC +04:00)

Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 26 446,9 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 103,7 mln. manat və ya 0,4% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 2 380,7 mln. manat və ya 9,9%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 856,2 mln. manat və ya 12,1% artıb.

Cari ilin noyabrın əvvəlinə ölkədə manatla geniş pul kütləsinin həcmi 16 339,0 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 121,6 mln. manat və ya 0,7%, ilin əvvəlindən 1 695,4 mln. manat və ya 11,6%, son bir ildə isə 2 343,1 mln. manat və ya 16,7% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR