Azərbaycanda qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı onillik maksimuma çatıb

Azərbaycanda qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı onillik maksimuma çatıb
# 13 yanvar 2021 15:45 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda ÜDM-in həcmi 4,3% azalaraq 72 432,2 mln. manat, qeyri-neft ÜDM-nin həcmi isə 50 792,5 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən il qeyri-neft ÜDM-nin iqtisadiyyatdakı payı 70,1%-ə bərabər olub, bu da son 10 ilin maksimum göstəricisidir.

Qeyd edək ki, onillik dövr ərzində bu göstəriciyə ən yaxın rəqəm 2015-ci ildə qeydə alınıb. Həmin il qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı 69,3%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR