Azərbaycanda regionların kreditləşməsi 19% artıb

Azərbaycanda regionların kreditləşməsi 19% artıb
  • Clock-gray 16:53
  • calendar-gray 04 İyun 2020

 

Azərbaycanda regionlara kredit qoyuluşunun bu il mayın 1-nə 2 860 393 min manat təşkil edib. 

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, regionlara kredit qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 452 507 min manat və ya 18,8% artıb.

Eyni zamanda, bu müddətdə cəmi kredit qoyuluşunda regionların xüsusi çəkisi 19,0%-dən 19,4%-ə yükəlib.

Qeyd edək ki, 1 may 2020-ci il tarixinə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 14 742 162 min manat təşkil edib. Kreditlərin də 11 881 769 min manatını və ya 80,6%-ni Bakı şəhəri əhatə edib.

 

 

Nərmin Rəhimova

Digər xəbərlər