Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi 1% azalıb

Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi 1% azalıb
  • Clock-gray 12:38
  • calendar-gray 16 Dekabr 2019

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln. manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 112,5 mln. manat və ya 0,9% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə sərf edilmiş vəsaitin 67,4%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Ümumi sərmayənin 65,7%-i məhsul istehsalı sahələrinə, 24,9%-i xidmət sahələrinə, 9,4%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5%-ini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56%, büdcə vəsaitləri 27,2%, bank kreditləri 7,7%, əhalinin şəxsi vəsaitləri 6,6%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,9% təşkil edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date