Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi yanvar-noyabrda 4% azalıb

Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi yanvar-noyabrda 4% azalıb
# 11 dekabr 2020 12:19 (UTC +04:00)

Bu yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 12 716,6 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11% azalıb. İstifadə olunmuş vəsaitin 8 374,4 mln. manatı və ya 65,9%-i məhsul istehsalı sahələrinə, 3 185,0 mln. manatı (25%-i) xidmət sahələrinə, 1 157,2 mln. manatı (9,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 130,5 mln. manatını və ya 63,9%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 958,2 mln. manatı və ya 62,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,9%, büdcə vəsaitləri 24,2%, bank kreditləri 6,8%, əhalinin şəxsi vəsaitləri 6,2%, sair vəsaitlər 3,3%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR