Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi yanvar-oktyabrda 2,1% azalıb

Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi yanvar-oktyabrda 2,1% azalıb
# 13 noyabr 2020 12:02 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 540,2 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,9% azalıb. İstifadə olunmuş vəsaitin 7 598,1 mln. manatı və ya 65,8%-i məhsul istehsalı sahələrinə, 2 884,6 mln. manatı (25%-i) xidmət sahələrinə, 1 057,5 mln. manatı (9,2%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 390,1 mln. manatını və ya 64%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 281,6 mln. manatı və ya 63,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3%, büdcə vəsaitləri 24,1%, bank kreditləri 6,4%, əhalinin şəxsi vəsaitləri 6,1%, sair vəsaitlər 3,4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR