Azərbaycanda sənaye və istehsal sektorunun kreditləşməsi 50% artıb

Azərbaycanda sənaye və istehsal sektorunun kreditləşməsi 50% artıb
# 01 iyul 2020 12:30 (UTC +04:00)

Bu ilin iyun ayının 1-nə Azərbaycanın sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 386,4 mln. manat və ya 50% artaraq 1 137,7 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 21,6 mln. manat və ya 1,9% artıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 7,9% təşkil edib ki, bu da aylıq müqayisədə 0,4 faiz bəndi, illik müqayisədə isə 2 faiz bəndi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR