Azərbaycanda sənaye və istehsal sektorunun kreditləşməsi 50% artıb

Azərbaycanda sənaye və istehsal sektorunun kreditləşməsi 50% artıb
# 29 iyul 2020 15:31 (UTC +04:00)

Bu ilin iyul ayının 1-nə Azərbaycanın sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 387,9 mln. manat və ya 49,5% artaraq 1 171,8 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 12,5 mln. manat və ya 1,1% artıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 8,1% təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi, illik müqayisədə isə 2,3 faiz bəndi artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR