Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 10% artıb

Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 10% artıb
# 02 aprel 2020 15:06 (UTC +04:00)

Bu ilin mart ayının 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 228,1 mln. manat və ya 9,9% artaraq 2521,8 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 94,9 mln. manat və ya 3,9% artıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 16,1% təşkil edib ki, bu da aylıq müqayisədə 0,5 faiz bəndi çox, illik müqayisədə isə 1,6 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR