Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 4%-dən çox artıb

Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 4%-dən çox artıb
  • Clock-gray 15:45
  • calendar-gray 28 Sentyabr 2020

Bu ilin sentyabrın ayının 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 96,6 mln. manat və ya 4,2% artaraq 2 395,2 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 16,1 mln. manat və ya 0,7% artıb. İlin əvvəlindən isə bu göstərici 3,9% və ya 96,2 mln. manat azalıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 16,3% təşkil edib ki, bu da aylıq və ilin əvvəli ilə müqayisədə dəyişməyib, ötən ilin eyni vaxtı ilə müqayisədə isə 0,3 faiz bəndi azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər