Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 8% artıb

Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 8% artıb
  • Clock-gray 12:30
  • calendar-gray 02 İyun 2020

Bu ilin may ayının 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 180,7 mln. manat və ya 7,9% artaraq 2 454,8 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 52,7 mln. manat və ya 2,1% azalıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 16,2% təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi çoxdur, illik müqayisədə isə 1,3 faiz bəndi azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər