Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisinin tutulması qaydası dəyişib

Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisinin tutulması qaydası dəyişib
# 18 dekabr 2020 11:41 (UTC +04:00)

Azərbaycanda xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisi tutulması ilə bağlı yeni prosedur müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Gömrük Məcəlləsinə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Dəyişikliyə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulacaq və 1 bank günü ərzində dövlət büdcəsinə köçürüləcək.

Vergi Məcəlləsinə də analoji məzmunda dəyişiklik edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR