Azərbaycandakı BOKT-ların aktivləri 2,4% azalıb

Azərbaycandakı BOKT-ların aktivləri 2,4% azalıb
# 24 iyul 2020 13:50 (UTC +04:00)

Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri ilin əvvəlindən 2,4% azalaraq cari ilin iyulun 1-nə 334,5 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Müştərilərə verilən kreditlərin həcmi də hesabat dövründə 3% artaraq 277 mln. manata yüksəlib. Təşkilatlar tərəfindən kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 40,9 mln. manat ehtiyat ayrılıb və bu göstərici 34,5% artıb.

Hesabat dövründə BOKT-ların cəmi öhdəlikləri 2,8% artaraq 195,7 mln. manata çatıb.

Hesabata əsasən, BOKT-lar bu ilin II rübünə 8,3 mln. manat xalis mənfəətlə yekun vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR