Azərbaycandakı banklar bugünkü hərracda 81 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü hərracda 81 mln. dollar cəlb edib
# 30 mart 2021 13:26 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 80,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (18 mart 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 47,5% və ya 26 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR