Azərbaycandakı banklar bugünkü valyuta hərracında 63 mln. dollara yaxın cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 63 mln. dollara yaxın cəlb edib
# 24 noyabr 2020 14:01 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 62,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (19 noyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 0,2% və ya 0,1 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR