Azərbaycandakı banklar bugünkü valyuta hərracında 64 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 64 mln. dollar cəlb edib
  • Clock-gray 12:30
  • calendar-gray 20 Oktyabr 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 63,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (15 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,4% və ya 0,9 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

APA-Economics

Digər xəbərlər