Azərbaycandakı banklar bugünkü valyuta hərracında 64 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 64 mln. dollar cəlb edib
  • Clock-gray 12:29
  • calendar-gray 22 Oktyabr 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 64,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (20 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 0,8% və ya 0,5 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

APA-Economics

Digər xəbərlər