Azərbaycandakı banklar bugünkü valyuta hərracında 64 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 64 mln. dollar cəlb edib
# 01 dekabr 2020 12:52 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 63,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (26 noyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 13,5% və ya 7,6 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR