Azərbaycandakı banklar bugünkü valyuta hərracında 71 mln. dollara yaxın cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 71 mln. dollara yaxın cəlb edib
# 07 yanvar 2021 12:45 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 70,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 yanvar 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 6,3% və ya 4,2 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR