Azərbaycandakı banklar bugünkü valyuta hərracında 83 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 83 mln. dollar cəlb edib
  • Clock-gray 12:58
  • calendar-gray 29 Dekabr 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 83 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (24 dekabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 4% və ya 3,2 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər