Azərbaycandakı banklar nağd dollar satışını 20% artırıb

Azərbaycandakı banklar nağd dollar satışını 20% artırıb
# 31 mart 2020 13:00 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 483 667,2 min dollar təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 13 229,5 min dollar və ya 2,8 % çoxdur.

Banklar tərəfindən satılan dollar kütləsinin 263 471,7 min dolları fevral, 220 195,6 min dolları yanvar ayının payına düşüb. Bu da öz növbəsindən fevral ayında nağd dollar satışının 19,7% artması deməkdir.

Bundan başqa, bu ilin yanvar-fevral ayında ölkə əhalisinin banklara satdığı (bankların alışı)nağd dollar kütləsinin ümumi həcmi 257 051,5 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 60 336,8 min dollar və ya 19% azalıb.

Bu əməliyyatların 127 873,7 min dolları fevral, 129 177,8 min dolları yanvar ayı ərzində həyata keçirilib. Bu isə banklar tərəfindən nağd dollar alışının fevral ayı ərzində 1% azaldığını göstərir.

Cari ilin yanvar-fevral ayları ərzindən əhaliyə xalis nağd dollar satışının həcmi 226 615,7 min dollar təşkil edib. Ötən ilin müvafiq dövrün də isə bu göstərici 153 049,4 min dollar həcmində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR