Azərbaycandakı bankların hәssas әhali qrupuna dəstəyi genişlənəcək

Azərbaycandakı bankların hәssas әhali qrupuna dəstəyi genişlənəcək
  • Clock-gray 11:09
  • calendar-gray 29 Dekabr 2020

Azərbaycan Mərkəzi Bankının (AMB) tәşviqi ilә özünümәşğulluq proqramı çәrçivәsindә ölkədəki bankların hәssas әhali qrupunlarına dəstəyinin әhatә dairәsi daha da genişlənəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Qeyd edilir ki, aprel ayından başlayaraq özünümәşğulluq proqramı çәrçivәsindә AMB-in tәşviqi ilә 21 bank tәrәfindәn hәssas әhali qrupuna daxil olan 591 nәfәrә 1,7 mln manatlıq istehsal vә ictimai iaşә avadanlıqları, iri vә xırda buynuzlu malqara kimi müxtәlif aktivlәr tәqdim edilib.

Bundan əlavə, kәnd yerlәrindә maliyyә resurslarına çıxışın artırılması mәqsәdilә AMB әlaqәdar qurumlarla birgә layihәyә başlayıb. Layihә çәrçivәsindә kәnd tәsәrrüfatı sahibkarlarının, xüsusәn kiçik aqrobiznesin maliyyә xidmәtlәrinә çıxışının artırılması istiqamәtindә qabaqcıl tәcrübәyә әsaslanan maliyyәlәşmә mexanizmlәri işlәnilir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər