Azərbaycandakı bankların kredit portfeli ilin əvvəlindən 3% azalıb

Azərbaycandakı bankların kredit portfeli ilin əvvəlindən 3% azalıb
  • Clock-gray 14:51
  • calendar-gray 25 Noyabr 2020

Bu ilin oktyabr ayının 30-na Azərbaycandakı bankların kredit portfelinin həcmi 3,3% azalaraq 14 409,3 mln. manata enib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, portfelin əsas hissəsinin (60,2%) təşkil edən biznes kreditlərin həcmi ilin əvvəlindən 3,9% azalıb və 8 679,8 mln. manat təşkil edib. Ümumi portfelin 26%-ni təşkil edən istehlak kreditləri ilin əvvəlindən 8,1% azalaraq 3 746,7 mln. manata enib.

İpoteka kreditlərinə gəldikdə, onların həcmi ümumi portfeldə payı 13,8% təşkil edir və ilin əvvəlindən 10,5% artaraq 1 982,8 mln. manata çatıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər