Azərbaycandakı bankların kredit portfeli ilin əvvəlindən 4% azalıb

Azərbaycandakı bankların kredit portfeli ilin əvvəlindən 4% azalıb
# 25 dekabr 2020 13:33 (UTC +04:00)

Bu ilin dekabrın 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi 4% azalaraq 14 409,3 mln. manata enib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, portfelin əsas hissəsinin (59,9%) təşkil edən biznes kreditlərin həcmi ilin əvvəlindən 5% azalıb və 8 576,4 mln. manat təşkil edib. Ümumi portfelin 26,1%-i təşkil edən istehlak kreditləri ilin əvvəlindən 8,4% azalaraq 3 730,9 mln. manata enib.

İpoteka kreditlərinə gəldikdə, onların həcmi ümumi portfeldə payı 14% təşkil edir və ilin əvvəlindən 11,3% artaraq 1 997,4 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR