Azərbaycandakı bankların xarici aktivləri noyabrda 11% artıb

Azərbaycandakı bankların xarici aktivləri noyabrda 11% artıb
  • Clock-gray 15:24
  • calendar-gray 25 Dekabr 2020

Bu ilin dekabr ayının 1-nə Azərbaycandakı bankların xarici aktivləri 17 744,1 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 11%, illik müqayisədə isə 1,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəlindən bankların xarici aktivlərinin həcmi 2,7% artıb.

Bankların xalis daxili aktivlərinə gəldikdə, onların həcmi 9 403 mln. manat təşkil edib. Bu, aylıq müqayisədə 14,2%, illik müqayisədə isə 3,8% azdır. İlin əvvəlindən sözügedən göstərici 18,8% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər