Azərbaycandan Gürcüstana pul köçürmələri 2,4 dəfə artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 2,4 dəfə artıb
# 15 dekabr 2020 11:16 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Gürcüstana 48,1 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir.

Bildirilir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Belə ki, ötən ilin ilk 11 ayı ərzində bu göstərici 19,9 mln. dollar təşkil edib.

Təkcə cari ilin noyabr ayında isə Azərbaycandan Gürcüstana 5,5 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 3 dəfə çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 3,23%-nə bərabərdir.

Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 14,4 mln. dollar təşkil edib. Bu, illik ifadədə 12,5% çoxdur.

Noyabr ayında Gürcüstandan Azərbaycana pul köçürmələri 1,4 mln. dollar təşkil edib.

Cari ilin noyabr ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 169,9 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 12.5% və ya 18,9 mln. dollar çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR