Azərbaycandan Gürcüstana pulköçürmələr kəskin artıb

Azərbaycandan Gürcüstana pulköçürmələr kəskin artıb
# 15 sentyabr 2020 11:54 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan Gürcüstana 29,9 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da illik ifadədə 2,2 dəfə çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib.

Qeyd olunub ki, ötən ilin ilk 8 ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 13,9 mln. dollar olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 10,1 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 13,4% çoxdur. Belə ki, ötən ilin yanvar-avqust ayları ərzində Gürcüstandan Azərbaycana 8,9 mln. dollar dəyərində pul köçürülüb.

Təkcə cari ilin avqust ayında isə Azərbaycandan Gürcüstana 7 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 3,78%-nə bərabər olub.

Avqust ayında Gürcüstandan Azərbaycana pulköçürmələr 1,4 mln. dollar təşkil edib. Cari ilin avqust ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 184,2 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 25,8% və ya 37,8 mln. dollar çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR