Azərbaycandan MDB ölkələrinə ixrac 10% artıb - CƏDVƏL

Azərbaycandan MDB ölkələrinə ixrac 10% artıb - CƏDVƏL
# 15 sentyabr 2020 16:07 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% azalaraq 2,62 mlrd. ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 82,82 mln. dollar və ya 10,4% artaraq 880,59 mln dollar, idxal isə 362,34 mln. dollar və ya 17,2% azalaraq 1,74 mlrd. dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 865,51 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 318 055,9 min dollar və ya 34% azdır.

MDB ölkələri arasında Azərbaycan ən çox ticarət əməliyyatlarını Rusiya, Ukrayna, və Belarusla aparıb:

Ölkə

İxrac, mln. dollar

İdxal, mln. dollar

Saldo, mln. dollar

1

Rusiya

463,31

1 249,34

-786,03

2

Ukrayna

276,35

279,48

-3,13

3

Belarus

98,19

72,07

26,12

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR