Azərbaycandan çıxarılan pul baratlarının həcmi ötən il 19% artıb

Azərbaycandan çıxarılan pul baratlarının həcmi ötən il 19% artıb
# 31 mart 2020 15:20 (UTC +04:00)

2019-cu ildə Azərbaycana daxil olan pul baratlarının həcmi 13,5% azalaraq 934.3 mln. ABŞ dolları, ölkədən çıxarılan pul baratlarının həcmi isə 19,3% artaraq 431,1 mln. dollar olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, nəticədə pul baratları üzrə 503,1 mln. dollar müsbət saldo yaranıb.

"Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,5 mlrd. dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 1 mlrd. dollar, ödənişlər isə 511 mln. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91,6%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4,7%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3,7%-i isə digər daxilolmalar təşkil edib. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 508,6 mln. dollar (30,5% azalma) təşkil edib", - 2019-cu il üzrə Azərbaycanın tədiyə balansı üzrə hesabatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR