Azərbaycandan kapital axını yanvar-iyunda 32% artıb

Azərbaycandan kapital axını yanvar-iyunda 32% artıb
# 14 sentyabr 2020 16:13 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan kapital axınının həcmi 1,8 mlrd. ABŞ dollarına bərabər olub.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% çoxdur.

Hesabat dövründə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin azalması (-65,6 mln. dollar) cəlb olunmuş investisiya ilə (1 778.4 mln. dollar) kapitalın repatriasiyası (1 844,0 mln. dollar) arasındakı fərqdən formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR