Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu 40% azalıb

Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu 40% azalıb
# 16 sentyabr 2020 10:35 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 6,24 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 2,59 mlrd. dollar və ya 29,4% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 33,5% azalaraq 4,81 mlrd. dollar, idxalın həcmi isə 11,2% azalaraq 1,43 mlrd. dollar təşkil edib.

Cari ilin ilk səkkiz ayında 3,38 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,24 mlrd. dollar və ya 39,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR