Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu 46% azalıb

Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu 46% azalıb
# 30 dekabr 2020 09:49 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 8,892 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 3,286 mlrd. dollar və ya 27% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 34,3% azalaraq 6,577 mlrd. dollar, idxalın həcmi isə 7% artaraq 2,315 mlrd. dollar təşkil edib.

Cari ilin ilk on bir ayında 4,262 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,590 mlrd. dollar və ya 45,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR