Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu ötən il kəskin azalıb

Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu ötən il kəskin azalıb
# 18 yanvar 2021 13:05 (UTC +04:00)

2020-ci ildə Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 9,332 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 3,598 mlrd. dollar və ya 27,8% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 35,2% azalaraq 6,800 mlrd. dollar, idxalın həcmi isə 4,1% artaraq 2,531 mlrd. dollar təşkil edib.

2020-ci ildə 4,269 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2019-cu ili ilə müqayisədə 3,799 mlrd. dollar və ya 47,1% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR