Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 11% azalıb

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 11% azalıb
  • Clock-gray 14:09
  • calendar-gray 14 May 2020

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin həcmi 4 268 714,5 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 520 341,9 min dollar və ya 10,9% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 11,1% azalaraq 3 571 875,7 min dollar, idxalın həcmi isə 9,4% azalaraq 696 838,8 min dollar təşkil edib.

Cari ilin ilk dörd ayında 2 875 036,8 min dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 375 352,4 min dollar və ya 11,5% azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər