Azərbaycanın Aİ ölkələrindən idxalı yanvarda 35% artıb

Azərbaycanın Aİ ölkələrindən idxalı yanvarda 35% artıb
# 23 fevral 2021 10:48 (UTC +04:00)

2021-ci ilin yanvar ayında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 1,172 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin yanvar ayı ilə müqayisədə 30,9% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, yanvar ayında Aİ-yə ixrac 991,711 mln. dollar, idxal isə 180,355 mln. dollara bərabər olub. Bu ötən ilin yanvar ayı ilə müqayisədə, müvafiq olaraq 35,6% az və 15,7% çoxdur.

Beləliklə, cari ilin yanvar ayında 811,356 mln. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2020-ci ilin analoji ayı ilə müqayisədə 41,4% azalıb.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 9,332 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 27,8% azdır. Ötən il 4,269 mlrd. dollarlıq müsbət ticarət saldo olub ki, bu da illik müqayisədə 47,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR