Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 26% azalıb

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 26% azalıb
# 15 may 2020 10:53 (UTC +04:00)

2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 179 471,7 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 63 251,7 min dollar və ya 26,1% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Gürcüstana ixracın həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 62 561,7 min dollar və ya 28,1% azalaraq 160 164,3 min dollar, idxalın həcmi isə 690 min dollar və ya 3,4% azalaraq 19 307,4 min dollar təşkil edib.

Nəticədə, 140 856,9 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 61 871,7 min dollar və ya 30,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR