Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu 36% azalıb

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu 36% azalıb
# 17 iyun 2020 17:40 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 217 921 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 99 624,8 min dollar və ya 31,4% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Gürcüstana ixracın həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 97 932,3 min dollar və ya 33,6% azalaraq 193 795,9 min dollar, idxalın həcmi isə 1 692,5 min dollar və ya 6,6% azalaraq 24 125,1 min dollar təşkil edib.

Nəticədə, 169 670,9 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 96 239,8 min dollar və ya 36,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR