Azərbaycanın İranla ticarət dövriyyəsi kəskin azalıb

Azərbaycanın İranla ticarət dövriyyəsi kəskin azalıb
# 14 may 2020 11:08 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 105 637 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk dörd ayında Azərbaycandan İrana ixracın həcmi 10 579,8 min dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 6 974,6 min dollar və ya 39,73% azdır.

İdxalın həcmi isə 95 0572 min dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 144 725,4 min dollar və ya 2,5 dəfə azalıb.

Nəticədə, hesabat dövründə 84 477,4 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2,6 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR