Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 34% azalıb

Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 34% azalıb
# 16 noyabr 2020 17:00 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% azalaraq 3,369 mlrd. ABŞ dollarına enib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 115,480 mln. dollar və ya 11,8% artaraq 1,095 mlrd. dollar, idxal isə 505,535 mln. dollar və ya 18,2% azalaraq 2,274 mlrd. dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 1,179 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 621,015 mln. dollar və ya 34,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR