Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu kəskin azalıb

Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu kəskin azalıb
# 17 mart 2021 14:14 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artaraq 595,465 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 63,247 mln. dollar və ya 32,8% artaraq 256,343 mln dollar, idxal isə 62,320 mln. dollar və ya 15,5% azalaraq 339,122 mln. dollar təşkil edib.

Nəticədə, hesabat aylarında 82,779 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 2,5 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR