Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 12%-dək azalıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 12%-dək azalıb
# 28 dekabr 2020 17:34 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% azalaraq 3,685 mlrd. ABŞ dollarına enib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 105,921 mln. dollar və ya 9,7% artaraq 1,192 mlrd. dollar, idxal isə 601,281 mln. dollar və ya 19,4% azalaraq 2,493 mlrd. dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 1,301 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 707,202 mln. dollar və ya 35,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR