Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin kəsiri 34% azalıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin kəsiri 34% azalıb
# 15 yanvar 2021 17:39 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% azalaraq 4,108 mlrd. ABŞ dollarına enib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 127,658 mln. dollar və ya 10,8% artaraq 1,306 mlrd. dollar, idxal isə 630,831 mln. dollar və ya 18,4% azalaraq 2,802 mlrd. dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 1,496 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 758,489 mln. dollar və ya 33,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR