Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 3 dəfəyə yaxın azalıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 3 dəfəyə yaxın azalıb
# 19 fevral 2020 17:30 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 328 723,97 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 7 346,16 min dollar və ya 2,3% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin yanvar ayı ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 46 031,43 min. dollar və ya 49,6% artaraq 138 777,88 min. dollar, idxal isə 38 685,27 min dollar və ya 16,9% azalaraq 189 946,09 min dollar təşkil edib.

Nəticədə, ötən ay 51 168,2 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin eyni ayı ilə müqayisədə 84 716,7 min dollar və ya 62,3% (2,6 dəfə) azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR