Azərbaycanın MDB ölkələrinə ixracı kəskin artıb

Azərbaycanın MDB ölkələrinə ixracı kəskin artıb
# 19 aprel 2021 11:05 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 967,819 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 101,320 mln. dollar və ya 39,4% artaraq 358,541 mln. dollar, idxal isə 43,112 mln. dollar və ya 6,6% azalaraq 609,277 mln. dollar təşkil edib.

Nəticədə, cari ilin I rübündə 250,736 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 36,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR