Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 15% azalıb

Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 15% azalıb
# 17 iyul 2020 15:51 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1 294 529,4 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 86 995 min dollar və ya 6,3% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 3 141,4 min dollar və ya 0,8% artaraq 380 596,2 min dollar, idxalın həcmi isə 90 136,3 min dollar və ya 9% azalaraq 913 933,1 min dollar təşkil edib.

Hesabat dövründə 533 336,9 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 93 277,7 min dollar və ya 14,9% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR