Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 20% azalıb

Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 20% azalıb
  • Clock-gray 15:58
  • calendar-gray 29 Dekabr 2020

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,418 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 312,924 mln. dollar və ya 11,5% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 15,696 mln. dollar və ya 2,4% azalaraq 644,662 mln. dollar, idxalın həcmi isə 297,228 mln. dollar və ya 14,4% azalaraq 1,773 mlrd. dollar təşkil edib.

Nəticədə, cari ilin on bir ayında 1,128 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 281,533 mln. dollar və ya 20% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər