Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 6% azalıb

Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 6% azalıb
# 19 mart 2021 17:35 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 332,561 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 89,118 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 2,6% azdır. İdxal isə 243,443 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 4,8% azdır.

Nəticədə, 2021-ci ilin ilk iki ayında 154,325 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 5,9% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR